"Mənim heç vaxt istirahətə ehtiyacım yoxdur"

10.08.2026

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Mənim heç vaxt istirahətə ehtiyacım yoxdur"

"Real"ın baş məşqçisi Joze Mourinyo məşqçilik karyerasında fasilə verməyi düşünmədiyini bildirib.

QOL.az xəbər verir ki, "The Sun" nəşrinin məlumatına görə, portuqaliyalı mütəxəssis futbolsuz özünü tam hiss etmədiyini deyib:

"Karyeramı nə vaxt başa vuracağımı təsəvvür belə etmirəm. Daha 10 il, bəlkə də daha çox işləyə bilərəm. Mən daha çox kubok qazanmaq istəyirəm. Titulları təkrarlamaq və yenilərini qazanmaq istəyirəm. Bunu heç vaxt olmadığım yerlərdə də, daha əvvəl çalışdığım yerlərdə də etmək istəyirəm."

Mourinyo karyerasında fasilə verməyə ehtiyac duymadığını vurğulayıb:

"Bəzi insanlara yaradıcı məzuniyyət lazımdır, amma mən buna nifrət edirəm. Bu, mənim üçün zəiflik əlamətidir. Mənim heç vaxt istirahətə ehtiyacım yoxdur".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью