Icma.az, Medicina saytına istinadən bildirir. Bakıda 192 saylı məktəbin 3-cü sinif şagirdi, 2016-cı il təvəllüdlü Zəhra Hacıyeva vəfat edib.
"Medicina" xəbər verir ki, Oxu.Az-a danışan uşağın anası Əfsanə Hacıyeva bildirib ki, yanvarın 27-si axşam saat 6 radələrində qızının vəziyy
Vəziyyəti anidən pisləşdi. Ürəkbulanma, qusmadan sonra göyərməsi oldu və huşunu itirdi. Bundan sonra təcili tibbi yardıma zəng etdik.
40 dəqiqə gözlədik. Təcili yardım gəlmədi, özümüz uşağı Maştağadakı xəstəxanaya apardıq.
Orada uşağa ilkin yardım göstəriləndən sonra təcili tibbi yardımla Respublika Klinik Xəstəxanasına apardıq.
Orada da ilkin yardım olundu, amma dedilər ki, MRT müayinəsi sabah mümkün olacaq.
Biz bundan sonra uşağın pisləşməsinin səbəbini öyrənmək üçün bütün klinikaları gəzdik ki, boş yer tapaq, görək, əlacı nədir?
Sonra düşündük ki, özəl klinika daha yaxşı olar və "Məlhəm" klinikasında yer tapıb ora yerləşdirdik".