"Məsuliyyəti üzərinə götür" Dörd ölkədən İrana çağırış

08.01.2025

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


İsveç, Böyük Britaniya, Kanada və Ukrayna İranı 2020-ci ildə “Ukrayna Beynəlxalq Hava Yolları”na məxsus Boeing 737-800 təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürməyə çağırıb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsveçin Xarici İşlər naziri Mariya Malmer Stenqard bildirib.

“Biz istəyirik ki, İran vurulmuş təyyarə ilə bağlı bütün hüquqi məsuliyyəti üzərinə götürsün”, - deyə diplomat bəyanatda bildirib.

2023-cü ilin iyul ayında Böyük Britaniya, Kanada, İsveç və Ukrayna İrana qarşı 2020-ci ildə Ukraynanın Boeing 737 sərnişin təyyarəsinin vurulması ilə bağlı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə iddia qaldırıb.

“Ukrayna Beynəlxalq Hava Yolları”nın təyyarəsi 8 yanvar 2020-ci ildə Tehran hava limanından havaya qalxdıqdan sonra qəzaya uğrayıb. İran tərəfinin versiyasına görə, qəzanın səbəbkarı hava hücumundan müdafiə sisteminin operatorudur, çünki təyyarə düşmən hədəfi kimi tanınıb.

Qeyd edək ki, Tehran-Kiyev reysini icra edən “Boeing 737-800 МАУ” sərnişin təyyarəsinin vurulması nəticəsində göyərtədəki 176 nəfər ölüb.


Lalə, BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью