"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi

31.08.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi

"Milan" "Nottingem Forest"un futbolçusu Omari Hatçinsonu heyətinə qatmağa hazırlaşır.

QOL.az "Sky Sports"a istinadən xəbər verir ki, klublar 22 yaşlı futbolçunun keçidi ilə bağlı razılıq əldə ediblər. İngiltərəli yarımmüdafiəçi satınalma opsiyası ilə icarə əsasında İtaliya klubuna keçəcək.

Hatçinsonun yaxın vaxtlarda tibbi müayinədən keçərək "Milan"la rəsmi müqavilə imzalaması gözlənilir.

Qeyd edək ki, "Nottingem Forest" futbolçunu ötən yay "İpsviç Taun"dan təxminən 43,4 milyon avroya transfer edib. O, ötən mövsüm 1 qol vurub və 5 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью