Icma.az, Qol.az portalına istinadən məlumat verir.
"Milan" onunla yeni müqavilə imzaladı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
"Milan" futbolçusu, ABŞ millisinin üzvü Kristian Pulişiçlə yeni müqavilə imzalayıb.
QOL.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
Yeni sözləşməyə əsasən, 28 yaşlı futbolçu 2031-ci ilin yayına qədər A seriyası təmsilçisinin formasını geyinəcək.
Pulişiç cari mövsüm A Seriyasında 6 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. O, Avropa Liqasında da 2 matçda iştirak edib.
Qeyd edək ki, amerikalı hücumçu 2023-cü ildən “Milan”da çıxış edir. O, İtaliya klubu ilə İtaliya Superkubokunun qalibi olub. Pulişiç daha əvvəl Dortmund “Borussiya”sı və “Çelsi”də oynayıb.