Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Milan" onunla yeni müqavilə imzalayır
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
"Milan" futbolçusu Strahinya Pavloviçlə müqaviləni uzatmağa hazırlaşır.
QOL.az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marsio məlumat yayıb.
Tərəflər artıq razılığa gəliblər. 25 yaşlı müdafiəçi yaxın vaxtlarda Milan təmsilçisi ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan yeni uzunmüddətli müqavilə imzalayacaq. Onun hazırkı sözləşməsi 2028-ci il iyunun sonunda başa çatır.
Pavloviç 2024-cü ilin yayında “Milan”a qoşulub. Müdafiəçinin transfer dəyəri 40 milyon avro qiymətləndirilir.
Serbiyalı oyunçu cari mövsümdə İtaliya A Seriyasında 6 matçda meydana çıxıb və 3 sarı vərəqə alıb.