"Milan"ın sahibi "Əl Nəsr"ə şərik olmaq istəyir

30.10.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir

"Milan" klubunun sahibi Cerri Kardinale Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun səhmlərinin bir hissəsini almaqla bağlı ilkin danışıqlar apardıqlarını təsdiqləyib.

QOL.az "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, Kardinale danışıqların hələ ilkin mərhələdə olduğunu bildirib.

O, həmçinin Kriştiano Ronaldonun futbolçu karyerasını başa vurduqdan sonra klubda hansı rolu oynaya biləcəyi ilə maraqlandığını söyləyib.

"Bu imkanı araşdırmaq üçün mənə müraciət etdilər. Ronaldo futbolçu karyerasını başa vurduqdan sonra nə etmək istəyəcək, bunu anlamaq mənə maraqlıdır" – deyə Kardinale bildirib.

Qeyd edək ki, Kardinale hazırda "Milan"la yanaşı, Fransanın "Tuluza" klubunun da sahibidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью