"Müharibə genişlənə bilər" Hakan Fidan

10.05.2025

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Yaxın Şərqdə müharibə genişlənə bilər.

Bakupost.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “24 Tv”yə müsahibəsində deyib.

O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında bir neçə gün əvvəl baş tutan telefon danışığında Yaxın Şərqdə gərginliyin azaldılması məsələsi geniş müzakirə olunub: “Qəzzada aclıqdan, xəstəlikdən ölənlərin sayı getdikcə artır”.

H.Fidan söyləyib ki, bir çox lider Ərdoğandan Tramp üzərindəki təsir imkanlarından istifadə edərək Yaxın Şərqə diqqətin artırılmasın xahiş edir: “Çox ciddi humanitar fəlakətlə üz-üzəyik. Bu, etinasız yanaşa biləcəyimiz məsələ deyil. Laqeyd yanaşsaq, daha böyük eskalasiya riski bizi gözləyə bilər”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью