"Napoli" kapitanla müqaviləni uzatdı

03.09.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

"Napoli" kapitanla müqaviləni uzatdı

İtaliyanın “Napoli” klubu kapitanı Covanni Di Lorenso ilə müqavilənin müddətini uzadıb.

QOL.az xəbər verir ki, bu barədə Neapol təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

33 yaşlı müdafiəçinin yeni sözləşməsi 2030-cu ilin yayına qədərdir.

Qeyd edək ki, Di Lorenso 2019-cu ildən “Napoli”nin formasını geyinir. İtaliyalı oyunçu klubun heyətində 307 oyun keçirib, 20 qol vurub və 42 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью