"Neftçi "Zirə"yə qalib gədi: 2:1

23.11.2024

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

"Neftçi" Misli Premyer Liqasının XIV turunda qalib gəlib.

Bakupost.az -ın məlumatına görə, paytaxt təmsilçisi "Neftçi Arena"da baş tutan qarşılaşmada "Zirə" üzərində 2:1 hesablı qələbə qazanıb.

Hesabı meydan sahiblərindən 28-ci dəqiqədə Filip Ozobiç açıb. İssa Cibrila 51-ci dəqiqədə "status-kvo"nu bərpa edib. 68-cı dəqiqədə adını tabloya yazdıran Emil Səfərov isə "Neftçi"nin qələbə qoluna imza atıb.

Qeyd edək ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv bu qələbə sayəsində xallarının sayını 13-ə çatdırıb. "Zirə"nin isə 20 xalı var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью