Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Neftçi" 1-ci liqa klubu ilə qarşılaşdı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlığını davam etdirən “Neftçi” yoxlama oyunu keçirib.
QOL.az xəbər verir ki, "ağ-qaralar" 1-ci liqa təmsilçisi “Şahdağ Qusar”la qarşılaşıb.“Palms Sports” Futbol Mərkəzində baş tutan görüş paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
22-ci dəqiqədə Rüfət Abbasovun cinah ötürməsindən sonra rəqib futbolçu topu başla öz qapısına göndərib. Bundan 17 dəqiqə sonra Freddi Varqasın ötürməsini Lyubomir Tupta qola çevirib. 63-cü dəqiqədə Varqas qol, Breno Almeyda assist müəllifi olub.
"Şahdağ Qusar" isə 81-ci dəqiqədə təsəlli qolunu vurmağa nail olub.