Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Neftçi” ilə oyun ərəfəsində komandada vəziyyət yaxşıdır. “İmişli” ilə oyundakı qələbədən sonra kollektivdə əhval-ruhiyyə yerindədir".
Bu sözləri QOL.az-a müsahibəsində "Kəpəz"in baş məşqçisi Azər Məmmədov deyib.
Onun komandası Misli Premyer Liqasının 11-ci turunda səfərdə hazırda lider olan "Neftçi" ilə qarşılaşacaq.
A.Məmmədov komandaların əzəli rəqib olduğunu xatırladaraq azarkeşləri maraqlı oyunun gözlədiyini bildirib: “Neftçi” də “Kəpəz” kimi Azərbaycanın köklü, zəngin tarixə malik klublarındandır. Bildiyiniz kimi, uzun illər çempionatın əsas derbisi bu iki komanda arasında olub. Noyabrın 6-da azarkeşlərin daha bir maraqlı qarşıdurma izləyəcəyinə inanıram. Məncə, çox maraqlı qarşılaşma olacaq. Rəqib Premyer Liqanın lideridir. Ümumiyyətlə, “Neftçi” kimi tarixi olan kluba qarşı komandanı motivasiya etmək daha asandır".
Qeyd edək ki, noyabrın 6-da "Palms Sports Arena" keçiriləcək "Neftçi" - "Kəpəz" matçı saat 20:00-da başlayacaq.
Hazırda "Neftçi" 10 oyundan 21 xalla 1-ci, "Kəpəz" isə 9 görüşdən 17 xalla 5-ci yeri tutur.