Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
“Neftçi” basketbol komandası FİBA Avropa Kubokunda növbəti qarşılaşmasını keçirib.
Axar.az xəbər verir ki, H qrupunun VII turunda Latviyanın “Riqa” kollektivi ilə üz-üzə gələn Azərbaycan təmsilçisi 55:96 hesabı ilə uduzub.
Qeyd edək ki, əvvəlki altı görüşdə bir qələbə qazanan “Neftçi” 8 xalla qrupun sonuncu pilləsində qərarlaşıb.