"Neftçi" "Partizan"la qarşılaşacaq

17.06.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

"Neftçi"nin 2026/27-ci illər mövsümü üçün hazırlıq planı müəyyənləşib.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə klub məlumat yayıb. Komanda iki mərhələdən ibarət təlim-məşq toplanışının birinci mərhələsini iyunun 20-dən 28-dək Bakıda - “Palms Sports” Futbol Mərkəzində keçəcək.

Toplanışın ikinci mərhələsi iyunun 29-dan iyulun 14-dək Sloveniyanın Moravske Toplitse şəhərində reallaşacaq. “Hotel Livada Prestige”də məskunlaşacaq "ağ-qaralar" bu mərhələ ərzində 4 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar 2, 6, 10 və 13 iyul tarixlərində baş tutacaq. İyulun 2-dəki matçda rəqib Serbiya “Partizan”ı olacaq.

Yoxlama görüşlərinin başlanma saatı və digər rəqiblər haqda daha sonra məlumat veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью