Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Neftçi” Sloveniyada növbəti matçını keçirib.
Axar.az xəbər verir ki, paytaxt təmsilçisi Serbiyanın "Radniçi Niş" komandası ilə qarşılaşıb.
Oyun "Neftçi"nin böyükhesablı qələbəsi ilə yekunlaşıb – 3-0. "Neftçi"nin heyətində Breno Almeyda (2, 26) dubl edib. Digər qolu isə Ağadadaş Salyanski (82) vurub.
Qeyd edək ki, "Neftçi" daha öncə "Partizan"a (Serbiya) 0-1, ÇFR-ə (Rumıniya) isə 1-2 hesabı ilə uduzub.