Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Neftçi"nin futbolçusunun cəzası bilindi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
AFFA "Neftçi"nin futbolçusu İqor Ribeyronu cəzalandırıb.
QOL.az xəbər verir ki, İntizam Komitəsinin bugünkü iclasında belə qərar qəbul olunub.
Bildirilib ki, “Neftçi”– “Turan Tovuz” matçının 29-cu dəqiqəsində “Neftçi”nin 5 nömrəli futbolçusu İqor Ribeyro ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmayacaq.
Onun klubu isə 1000 manat cərimə edilib.