"Neftçi"nin rəqibi bəlli oldu

17.06.2026

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Axar.az xəbər verir ki, bu, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan püşkatma mərasimində dəqiqləşib.

"Ağ-qaralar" bu raundda "Dinamo" (Minsk, Belarus) - "Sileks" (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək. Bakı klubu ilk matçını evdə keçirəcək.

Qeyd edək ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью