"Nyukasl"ın əsas qapıçısı ola bilər

02.08.2026

Icma.az, Qol.az saytına istinadən bildirir.

"Nyukasl"ın əsas qapıçısı ola bilər

"Nyukasl" "Braqa"nın qapıçısı Lukaş Qorniçeki transfer etməyə yaxındır.

QOL.az xəbər verir ki, "Sky Sports" nəşrinin məlumatına görə, 24 yaşlı çexiyalı qolkiper artıq İspaniyada İngiltərə klubu üçün tibbi müayinədən keçib. Keçidin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.

Bildirilir ki, "Nyukasl" futbolçunun "Braqa" ilə müqaviləsində nəzərdə tutulan 30 milyon avroluq sərbəstqalma məbləğini ödəyib. Qorniçekin komandanın əsas qapıçısı olması planlaşdırılır.

Qeyd edək ki, çexiyalı qolkiper ötən mövsüm "Braqa"nın heyətində bütün turnirlərdə 55 oyuna çıxıb, 51 qol buraxıb və 24 matçda qapısını toxunulmaz saxlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью