Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya qüvvələri Ukraynanın Sumı və Dnepropetrovsk vilayətlərində enerji infrastrukturunu hədəf alaraq təxminən 4000 insanı işıqsız qoyub.Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Rəsmi mənbələrə görə, Rusiyanın FPV dronu Sumı vilayətindəki yarımstansiyanı vurub.
Dnepropetrovsk vilayətinin Nikopol şəhərində isə artilleriya atəşi enerji xəttini sıradan çıxarıb.
Rusiya gecə ərzində Ukraynaya 74 dron, o cümlədən 54 kamikadze-dron göndərib. Əsas hücumlar Xarkova yönəlib.
Burada gecə ərzində təxminən 15 sənaye obyekti hədəfə alınıb. Hücumlar yanğınlara səbəb olub və yaxınlıqdakı evlərə ziyan vurub.
Hücum zamanı 8 nəfər yaralanıb. Onlar arasında 9 aylıq bir körpə, 7 yaşlı bir oğlan və 16 yaşlı bir qız da var.
"Bu zərbələrin sistematik və dayanıqlı xarakteri Moskvanın, tərəfdaşlarının diplomatik səylərini gözardı etdiyini aydın şəkildə göstərir.