"Qalatasaray" rus futbolçunun transferini həll etdi

18.08.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qalatasaray" rus futbolçunun transferini həll etdi

"Qalatasaray”ın prezidenti Dursun Özbek “Lokomotiv”in yarımmüdafiəçisi Aleksey Batrakovun transferini təsdiqləyib.

QOL.az xəbər verir ki, 21 yaşlı futbolçu İstanbul klubuna keçəcək.

Dursun Özbek "Fanatik"ə açıqlamasında Batrakovla bağlı bunları deyib: “Skaut hesabatlarımızdakı ən yaxşı futbolçunu transfer etdik. Baş məşqçimiz də onu bəyənirdi. Nə qədər yüksək səviyyəli oyunçu transfer etdiyimizi hamı görəcək”.

Qeyd edək ki, Batrakov “Lokomotiv”in yetirməsidir. O, Moskva klubunun əsas komandasında bütün turnirlərdə 84 oyuna çıxıb, 34 qol vurub və 23 məhsuldar ötürmə edib. Rusiyalı futbolçu son iki mövsümdə RPL-in ən yaxşı gənc oyunçusu seçilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью