"Qalatasaray"dan Muslera ilə bağlı SON QƏRAR

08.01.2025

Icma.az, Bakupost saytına istinadən bildirir.


14 ildir "Qalatasaray"ın qapısını qoruyan Fernando Muslera mövsümün sonunda ölkəsi Uruqvaya qayıtmaq istədiyi bildirilib.

Bakupost.az "Milliyet"ə istinadən xəbər verir ki, "sarı-qırmızı"lar 38 yaşlı qapıçının bütün planlarını dəyişmək istəyir. Belə ki, onlar daha bir mövsümü Muslera ilə davam etdirmək niyyətindədir


."Qalatasaray"ın Musleranın maaşını azaltmayacağı və bu mövsüm aldığı 2,5 milyon avroya görə yeni müqavilə təklif edəcəyi iddia edilib.

Musleranın bu təklifə müsbət yanaşdığı, bu addımın təcrübəli qolkiperin motivasiyasını artıracağı gözlənilir.

Elgün, BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью