"Qalatasaray"ın 2,5 milyonluq yeni transferi

04.02.2025

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


"Qalatasaray"ın transfer üçün razılaşdığı Mario Lemina tibbi yoxlanışdan keçmək üçün İstanbula gəlib.

Bakupost.az "TRT Spor"a istinadla xəbər verir ki, qabonlu yarımmüdafiəçinin tibbi müayindən sonra "Qalatasaray"la müqavilə imzalayacağı bildirilib.

Klubun Mario Lemina üçün 2 milyon 500 min funt-sterlinq vəsait ödəyəcəyi gözlənilir. "Sarı-qırmızılar"ın 31 yaşlı yarımmüdafiəçi ilə 3,5 illik müqavilə imzalayacağı deüyilir.

Lemina "Vulverhempton"un heyətində 19 oyuna çıxıb. Bu matçlarda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.

Elgün, BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью