"Qalatasaray"ın paylaşımına kürdlərdən sərt reaksiya

09.11.2026

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin “Qalatasaray” futbol klubunun oyunçusu Barış Alper Yılmaz üçün hazırladığı xüsusi kolleksiya sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Axar.az xəbər verir ki, “Qalatasaray”ın “Amed”ə qalib gəldiyi (4-3) matçdan dərhal sonra rəsmi lisenziyalı məhsul mağazası olan “GS Store”un sosial media hesabında futbolçu Barış Alpər Yılmaz üçün hazırlanmış xüsusi kolleksiyanın tanıtım videosu yayımlanıb.

Videoda əks olunan qablaşdırma dizaynı sosial şəbəkələrdə mübahisələrə yol açıb. Bəzi kürd istifadəçilər və “Amed” azarkeşləri sarı rəngli torbanın Türkiyədə terrorla mübarizə kontekstində kürd xalqına qarşı siyasi mesaj kimi qəbul edilə biləcəyini bildirərək etirazlarını ifadə ediblər.

Etirazların artmasından sonra “Qalatasaray” müvafiq videonu sosial media hesablarından silib. Klubun açıqlamasında bildirilib ki, görüntüdəki qablaşdırma yalnız Barış Alpər Yılmazın xüsusi kolleksiyası üçün hazırlanmış məhsul dizaynıdır və heç bir gizli mesaj və ya başqa məna daşımır.

“Amed” rəhbərliyi isə “Qalatasaray” klubu ilə əlaqə saxladıqlarını bildirərək təxribat xarakterli hesab edilən yanaşmalara qarşı həssaslıqlarını ifadə ediblər.

Hadisədən sonra bəzi kürd azarkeşlər və sosial media istifadəçiləri “Qalatasaray”ı protesto edən paylaşımlar ediblər. Onlardan bəziləri kluba dəstəklərini geri çəkdiklərini açıqlayıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью