"Qanun"dan maraqlı sürpriz FOTO

06.05.2025

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


"Qanun" nəşriyyatı tərəfindən üz qabığında Azərbaycan aktyorlarının fotoları əks olunan yeni bloknot nəşr edilib.

Bakupost.az xəbər verir ki, blaknotun üz qabığında yer alan foto bir müddət əvvəl müstəqil M.Teatr – “Mənim Teatrım” tərəfindən səhnələşdirilmiş, məşhur ingilis yazıçısı Etel Lilian Voyniçin eyniadlı romanı əsasında hazırlanan “Ovod” tamaşasından götürülüb.

Sözügedən tamaşa aprelin 20-də Heydər Əliyev Sarayında nümayiş etdirilib.

Qeyd edək ki, “Ovod” əsəri tamaşa formatında təqdim olunarkən teatrsevərlər tərəfindən böyük maraqla qarşılanmışdı. Tamaşanın növbəti premyerası iyunun 7–8-də baş tutacaq.


Lalə Novruz,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью