Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Transfer barədə agentimdən eşitdim və ilk təəssüratım bu oldu ki, “Qarabağ” böyük klubdur, Avropada oynayır. Son 12 mövsüm ərzində “Qarabağ” daim avrokubokların əsas mərhələsində çıxış edib".
Bu sözləri QOL.az-a özəl açıqlamasında "Qarabağ"ın yeni transferi Taofik İsmail deyib.
Nigeriyalı sol vinger 2 gün əvvəl Misli Premyer Liqasının 3-cü turunda "Sumqayıt"la keçirilən matçda (1:0) start heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib. O, debüt matçını və yeni komandası haqda ilk təəssüratlarını da bölüşüb: "Pis debüt olmadı, amma ilk oyunda etdiyimdən daha çoxunu etməliyəm. Bunun üzərində çalışıram. Daha yaxşısını edəcəyimə inanıram. Qırmızı vərəqədən sonra komanda ruhu və birlikdə mübarizə aparmağımız möhtəşəm idi”.
26 yaşlı futbolçu "Qarabağ"dakı hədəflərindən də danışıb: "Hədəfim komandaya yenidən çempionluq qazanmağa və həmçinin Avropaya vəsiqə əldə etməyə kömək etməkdir".
Taofik İsmail yeni komandasında əsas heyət oyunçusu kimi çıxış etməyin asan olmadığını bildiyini deyib: "Bəli, komandada güclü rəqabət olduğunu bilirəm. Baş məşqçi məni nə vaxt əsas heyətə daxil etsə, onun və komanda üçün mübarizə aparacam. Rəqabətə hazıram".
Ramiq Ağamməmədov