"Qarabağ" keçmiş futbolçusunu geri qaytara bilər

25.11.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

"Qarabağ" sabiq legionerini yenidən heyətinə qatmaqda maraqlıdır.

Axar.az Azerisport.com-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi hazırda Rusiyanın "Axmat" klubunda çıxış edən braziliyalı yarımmüdafiəçi Julio Romaonu qış transfer pəncərəsində icarəyə götürməyi planlaşdırır.

Lakin 28 yaşlı dayaq yarımmüdafiəçisinin keçidi ilə bağlı tərəflərin razılığa gəlib-gəlməyəcəyi hələlik dəqiq deyil.

Qeyd edək ki, Romaonun Qroznı təmsilçisi ilə müqaviləsi 2028/29 mövsümünün sonuna qədər qüvvədədir.

O, 2022-2025-ci illər aralığında "Qarabağ"ın formasını geyinib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью