"Qarabağ" "Dinamo Zaqreb"lə qarşılaşdı

28.10.2026

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Bu gün "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayıb.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçilik etdiyi kolllektiv 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Zaqreb "Dinamo"su (Xorvatiya) ilə qarşılaşıb. Təmsilçimiz 1:2 hesabı ilə uduzub. "Qarabağ"ın heyətində Viktor Ani Çidioke penalti zərbəsini dəqiq yerinə yetirərək fərqlənməyə nail olub.

Bu komandalar arasında cavab oyunu noyabrın 4-də olacaq.

Cütün qalibi növbəti mərhələdə "Benfika" (Portuqaliya) – "Pafos" (Kipr) duelinin üstün tərəfi ilə qarşılaşacaq.

Qeyd edək ki, "Qarabağ"ın U-19 komandası Yerli çempionlar yolu xətti ilə bu turnirdə iştirak edir. "Sabah"ın U-19 komandası isə Çempionlar Liqası yolu ilə turnirdə mübarizə aparır.

Yerli çempionlar yolu xətti ilə yarışda mübarizə aparan komanda (indiki halda "Qarabağ") turnirin 1/16 final mərhələsinə yüksəlmək üçün iki mərhələ keçməlidir. Həmin mərhələdə Çempionlar Liqası yolunda ilk 22 yeri tutan komanda da yarışacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью