"Qarabağ" "Dinamo" ilə qarşılaşacaq

31.07.2026

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ" Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə üz-üzə gələcək.

Axar.az xəbər verir ki, "Qarabağ" UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın MOİK (Sofiya) klubuna penaltilər seriyasında 4-5 hesabı ilə uduzaraq mübarizəni Konfrans Liqasında davam etdirmək hüququ qazanıb.

"Dinamo" (Kiyev) isə UEFA Avropa Liqasının II təsnifat mərhələsində Yunanıstanın PAOK komandası ilə qarşılaşıb. Ukrayna təmsilçisi iki oyunun nəticəsinə əsasən 2:5 hesabı ilə məğlub olaraq Avropa Liqası ilə vidalaşıb və Konfrans Liqasına düşüb.

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları avqustun 6-da, cavab görüşləri isə avqustun 13-də keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью