"Qarabağ" "Tvente" matçında 2 qol Yenilənir

27.08.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Qarabağ" - "Tvente" matçında 2 qol - Yenilənir

"Qarabağ" bu gün  UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.

QOL.az xəbər verir ki, Ağdam təmsilçisi Niderlandın "Tvente" komandasını qəbul edir. 

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edir.

Qeyd edək ki, komandalar arasında Niderlandda oynanılan ilk görüşdə "Qarabağ" 1:0 hesablı qələbə qazanıb.

Turu keçən komanda Liqa mərhələsinə yüksələcək. Mübarizəni uduzan komanda isə avrokuboklarla vidalaşacaq.

27 avqust

UEFA Konfrans Liqası
Pley-off mərhələsi, cavab oyunu

20:15. Qarabağ" (Azərbaycan) – "Tvente" (Niderland) - 1:1 (İkinci hissə)

Qol: Kadi Borges, 59, (1:0), Pyatsa, 79 (1:1)

Baş hakim: Rohit Saqqi (Norveç)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun - 1:0

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью