"Qarabağ" yeni qapıçı transfer etdi

11.07.2025

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


"Qarabağ" klubu yeni transfer reallaşdırıb.

Bakupost.az Fanat.Az-a istinadən xəbər verir ki, "Səbail"in gənc qapıçısı Nicat Məmmədzadə Ağdam klubuna keçib.

20 yaşlı qolkiper "Qarabağ"ın əvəzedici komandasına cəlb olunub.

Nicat "Səbail"in əsas komandasının üzvü olsa da, son mövsüm Premyer Liqada meydana çıxmayıb.

Qeyd edək ki, "Səbail"in Futbol Akademiyasının daha bir qapıçısı Sadiq Məmmədzadə ötən yay "Qarabağ"ın əsas komandasına cəlb olunub.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью