Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
"Qarabağ"da şok itki
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
"Qarabağ" zədəli futbolçusu Elvin Cəfərquliyevlə bağlı açıqlama yayıb.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, aparılan tibbi müayinələr nəticəsində futbolçunun ayağının arxa əzələsində vətərin qismən yırtığı aşkarlanıb. Bildirilib ki, Elvin Cəfərquliyevin bərpa müddətinin təxminən iki həftə davam edəcəyi gözlənilir. Bu isə o deməkdir ki, Elvin UEFA Konfrans Liqasının pley-off mərhələsində "Tvente" ilə keçiriləcək oyunları buraxacaq.
“Tvente” ilə “Qarabağ”arasında ilk oyun avqustun 20-də Enshededə, cavab matçı isə avqustun 27-də Bakıda olacaq.
Xatırladaq ki, Elvin Cəfərquliyev Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ın "Dinamo" ilə ilk oyununda zədələnmişdi.