"Qarabağ"dan ev oyunları ilə bağlı məlumat

02.11.2026

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

"Qarabağ" futbol klubunun ev oyunlarını keçirdiyi "Azərsun Arena"nın ot örtüyündə renovasiya işləri aparılıb.

Bu barədə Axar.az-a Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Aparılan yenilənmə və bərpa işlərindən sonra bölgə təmsilçisi ev oyunlarını yenidən "Azərsun Arena"da keçirəcək.

Komanda Misli Premyer Liqasının XI turunda "Turan Tovuz"u sözügedən arenada qəbul edəcək.

Əvəzində isə "Qarabağ"ın mövsümün əvvəlki oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunda renovasiya və yenilənmə işlərinə start veriləcək.

Qeyd edək ki, "Azərsun Arena" ötən mövsümün sonlarında bərpa işləri üçün bağlanmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью