"Qarabağ"dan möhtəşəm qələbə: "Ferensvaroş" DARMADAĞIN edildi

20.08.2025

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" matçı başa çatıb.

Bakupost.az xəbər verir ki, Macarıstanın "Qroupama Arena" stadionunda keçirilən görüşü portuqaliyalı FIFA referisi Juan Pedru da Silva Pineyru idarə edib.

Hesab 29-cu dəqiqədə rəqib komandanın oyunçusu B.Varqanən qolu ilə açılıb. Ardınca, 50-ci dəqiqədə "Qarabağ"ın oyunçusu Yankoviç hesabı bərabərləşdirərək 1 - 1 edib. Klubumuzun digər oyunçusu Medina isə 67-ci dəqiqədə "Qarabağ"ı önə çıxarıb və hesab 1 - 2 olub.

85-ci dəqiqədə iaə Musa Qurbanlı daha bir qolu "Qarabağ"ln hesabına yazdıraraq hesabı 1 - 3 edib.

Beləliklə oyun "Qarabağ" futbol klubunun möhtəşəm qələbəsi ilə başa çatıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью