"Qarabağ"ı Polşada neçə azarkeş dəstəkləyəcək?

06.08.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qarabağ"ı Polşada neçə azarkeş dəstəkləyəcək?

"Qarabağ" bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Ukraynanın "Dinamo" komandası ilə qarşılaşacaq. Oyun Polşanın Lyublin şəhərində keçiriləcək.

QOL.az xəbər verir ki, Ağdam təmsilçisi bu səfər matçında azarkeş dəstəyindən məhrum qalmayacaq. "Arena Lyublin" stadionunda "Qarabağ"ı 300-dən çox azərbaycanlı azarkeşin dəstəkləyəcəyi gözlənilir. Bu barədə saytımıza klubdan məlumat veriblər.

Qeyd edək ki, "Dinamo" (Ukrayna) – "Qarabağ" görüşü bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью