"Qarabağ"ın futbolçusu "Seltik"lə razılaşdı

07.07.2026

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Qarabağ"ın futbolçusu Kamilo Duran Şotlandiyanın "Seltik" klubu ilə anlaşıb.

Axar.az Şotlandiya mətbuatına istinadən xəbər verir ki, kolumbiyalı hücumameyilli yarımmüdafiəçi Qlazqo təmsilçisi ilə şəxsi müqaviləsinin bütün detallarını razılaşdırıb.

İddiaya görə, "Seltik" bu keçid üçün "Qarabağ"a 3 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Qarabağ" Kamilo Duranı ötən ilin yayında Portuqaliyanın "Portimonense" klubundan 200 min avroya transfer etmişdi. 25 yaşlı vinger ötən mövsüm UEFA Çempionlar Liqasında 5 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью