"Qarabağ"ın rəqibi futbolçusunu göndərə bilər

27.08.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Qarabağ"ın rəqibi futbolçusunu göndərə bilər

“Tvente”nin futbolçusu Yunus Tahanın yay transfer pəncərəsi bağlanana qədər komandadan ayrılacağı istisna edilmir.

QOL.az xəbər verir ki, “De Telegraaf” nəşrinin məlumatına görə, 23 yaşlı hücumameyilli yarımmüdafiəçi mövsümün əvvəlində əsas heyətdəki yerini itirib və daha çox ehtiyatda qalıb. Onunla həm xarici klublar, həm də Niderlandın Erediviziya təmsilçiləri maraqlanır.

Bildirilir ki, “Tvente” Tahaya görə bir neçə milyon avroluq təkliflər alsa da, bəzilərini geri çevirib. Klub futbolçuya yeni müqavilə də təklif edib, lakin tərəflər hələlik razılığa gələ bilməyiblər. Onun hazırkı müqaviləsi gələn ilin yayında başa çatır.

Qeyd edək ki, Yunus Tahanın “Qarabağ”a qarşı bu gün keçiriləcək Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda əsas heyətdə meydana çıxacağı gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью