"Qarabağ"la oyun öncəsi "Tvente"də ayrılıq

20.08.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qarabağ"la oyun öncəsi "Tvente"də ayrılıq

UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Niderlandın "Tvente" klubu futbolçusu Sayf Ltayeflə yollarını ayırıb.

QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

26 yaşlı yarımmüdafiəçi Polşanın "Krakoviya" klubuna keçib.

Xatırladaq ki, "Qarabağ" bu gün "Tvente"yə qarşı pley-off mərhələsinin səfər oyununa çıxacaq. Oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab matçı isə avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью