Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün futbol dünyasının ən nüfuzlu fərdi mükafatlarından biri olan, "Franche Football" tərəfindən təsis edilən “Qızıl top”un təqdimetmə mərasimi keçiriləcək.
QOL.az xəbər verir ki, mükafatın 70-ci təqdimetmə mərasimi İngiltərənin paytaxtı Londonda, “London Palladium” teatrında təşkil olunacaq. Tədbir Bakı vaxtı ilə gecə yarısı - saat 00:00-da başlayacaq. Mərasim mükafat tarixində ilk dəfə Fransadan kənarda təşkil olunacaq.
Kişilər arasında “Qızıl top” mükafatı uğrunda 30 futbolçu mübarizə aparır:
Müdafiəçilər: Mark Kukurella ("Real"), Pau Kubarsi ("Barselona"), Dayo Upamekano ("Bavariya"), Uilyam Saliba, Qabriel Maqalyaynş (hər ikisi "Arsenal"), Markinyos, Əşrəf Hakimi , Uilyam Paço, Nuno Mendeş (hamısı PSJ)
Yarımmüdafiəçilər: Cud Bellinqem ("Real"), Deklan Rays ("Arsenal"), Bruno Fernandeş ("Mançester Yunayted"), Joao Neveş, Vitinya, Fabian Ruiz (hamısı PSJ), Rodri ("Barselona")
Hücumçular: Usman Dembele, Xviça Kvaratsxeliya, Ferran Torres (hamısı PSJ), Lamin Yamal ("Barselona"), Sadio Mane ("Əl-Nəsr"), Lautaro Martines ("İnter"), Kilian Mbappe ("Real"), Erlinq Haaland ("Mançester Siti"), Lionel Messi ("İnter Mayami"), Harri Keyn ("Bavariya"), Luis Dias ("Bavariya"), Maykl Olise ("Bavariya"), Xulian Kinyones ("Əl-Qadsiyə"), Vinisius Junior (“Real”)
Qeyd edək ki, “Qızıl top”un son qalibi PSJ-nin fransalı hücumçusu Usman Dembeledir.