Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yanvar ayından etibarən Ukraynaya İsveç istehsalı olan ilk “Qripen” qırıcı təyyarələri gətirilməlidir.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.
“Rusiyanın istehsal planlarından kəşfiyyatımızın məlumatı var. Rusiyanın istehsal həcmləri, komponentlərin tədarükü üçün istifadə etdiyi sxemlər və “Şahid”lərin bizə qarşı tətbiqi planları barədə məlumatlıyıq. Bunun qarşısını almaq üçün həm sanksiyalar, həm də real ixrac nəzarəti lazımdır.
Bəzi ölkələrdə hazırda tətbiq olunandan daha sərt nəzarət mexanizmləri olmalıdır. Əlbəttə, “Şahid”ləri vurmaq üçün öz vasitələrimizə də ehtiyacımız var. Ukraynaya daha çox F-16 və “Qripen” təyyarələri lazımdır. Mən öz səviyyəmdə liderlərlə, eləcə də nazirliklərlə bu istiqamətdə işləyirəm. Hamımızın konkret vəzifələri var. Müdafiəmiz üçün daha çox təyyarə əldə edəcəyik”, – deyə Zelenski qeyd edib.