"Qurdlar vadisi"nin məşhur aktyoru vəfat etdi

03.07.2025

Icma.az, Bakupost saytına istinadən bildirir.


Türkiyənin məşhur “Qurdlar vadisi” serialında “Cavad Axarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.

Bakupost.az xəbər verir ki, bu haqda məlumatı aktyorun meneceri Temmuz Karıkutal açıqlayıb.

“Dəyərli aktyor Şekip Taşpınarı itirmək məni çox kədərləndirdi. İllər ərzində çox şey paylaşdıq. Hüzur içində yat, qardaş... Mekanın cənnət olsun”, - deyə o bildirib.

Qeyd edək ki, Ş.Taşpınar “Beyaz Gelincik”, “Qurdlar Vadisi Pusu”, “Behzat Ç.”, “Bir Ankara Polisiyəsi”, “Karadayı”, “Cəsur Yürek”, “Arxa küçələr”, “Təşkilat”, “Ürək çıkmazı” və s. seriallarda rol alıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью