"Rahat" supermarketlə bağlı protokol tərtib edilib

04.04.2025

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


"Rahat" supermarketlə bağlı protokol tərtib edilib.

Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyindən Bakupost.az -a verilən məlumata görə, supermarketin daxil olduğu “ANC Group" MMC-yə qarşı İnzibati Xətalar Məcəlləsinin 447.0.1 maddəsi tətbiq edilib.

Belə ki, supermarket qida məhsulu üzərində göstərilmiş qiymətdən baha satıb. Bununla da İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndini pozub.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью