"Real" da addım atmalıdır"

25.11.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Real" da addım atmalıdır"

La Liqanın prezidenti Xavyer Tebas İspaniya çempionatının Çində yayımının dayandırılması ilə bağlı yaranan problemin həlli üzərində işlədiklərini bildirib.

QOL.az xəbər verir ki, AS nəşrinin məlumatına görə, Tebas yayımın bərpası üçün “Real”ın da müəyyən addımlar atmalı olduğunu deyib.

"Biz həll yolu tapmağa çalışırıq. Sponsorluqla bağlı bəzi məsələləri müzakirə edəcəyik. Bu problemi həll etmək istəyirlərsə, “Real” da addım atmalıdır".

Qeyd edək ki, Kilian Mbappenin Çin lideri Mao Tszedunla bağlı zarafatından sonra ölkədə La Liqa matçlarının yayımı dayandırılıb. Futbolçu və “Real” üzr istəsə də, bu, vəziyyəti dəyişməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью