"Real" futbolçusunu icarəyə verdi

05.08.2026

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Real" futbolçusunu icarəyə verdi

"Real" futbolçusu Franko Mastantuononu icarəyə göndərib.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Madrid klubu ilə "Fiorentina" arasında aparılan danışıqlar uğurla yekunlaşıb və 18 yaşlı yarımmüdafiəçi icarə əsasında İtaliya təmsilçisinə keçib.

Mastantuononun 2027-ci ilin iyununda yenidən "Real"a qayıdacağı qeyd olunub.

Gənc futbolçu ötən mövsüm La Liqada 23 oyunda meydana çıxıb və 1 qol vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью