Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Real" Vinisius məsələsində geri çəkilmək istəmir
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Madrid “Real”ı hücumçusu Vinisius Juniorun cəzası ilə bağlı apellyasiya şikayətinin rədd edilməsindən sonra İspaniyanın İdman üzrə İnzibati Məhkəməsinə (TAD) müraciət edəcək.
Qol.az xəbər verir ki, bu barədə jurnalist Gilyermo Rai “X” sosial şəbəkəsində məlumat yayıb.
Braziliyalı futbolçu La Liqanın 8-ci turunda “Vilyarreal”la oyunda (1:0) qırmızı vərəqə aldığı üçün İspaniya çempionatında 4 matçlıq diskvalifikasiyaya məruz qalıb. Junior həmin qarşılaşmada rəqib komandanın futbolçusu Natan-Dilan Salibanın saçından tutub.
Beləliklə, “Real”ın hücumçusu oktyabrın 25-də La Liqanın 10-cu turu çərçivəsində keçiriləcək “Barselona” ilə görüş də daxil olmaqla, 4 matçı buraxmalı olacaq.