"Real"ın qol silahı sıradan çıxdı

25.11.2024

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İspaniyanın "Real" klubunun ulduz futbolçusu Vinisius Junior zədələnib.

Bakupost.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Tibbi müayinələrdən sonra 24 yaşlı vingerin sol ayağının bud sümüyündə problem aşkarlanıb.

Onun nə vaxtadək yaşıl meydanlardan kənarda qalacağı açıqlanmayıb.

Qeyd edək ki, "Real" ötən gün La Liqanın XIV turunda səfərdə "Leqanes"i üç cavabsız qolla üstələyib. Vinisius Junior bu görüşdə sonadək meydanda olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью