"Roma" argentinalı hücumçu transfer etdi

30.07.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Roma" argentinalı hücumçu transfer etdi

İtaliyanın "Roma" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

QOL.az xəbər verir ki, A seriyası təmsilçisi argentinalı mərkəz hücumçusu Santiaqo Kastronu "Bolonya"*dan transfer etdiyini rəsmən açıqlayıb.

21 yaşlı futbolçu ilə müqavilənin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub.

İtaliya mətbuatının məlumatına görə, transfer üçün "Roma" "Bolonya"ya 35 milyon avro ödəyəcək. Razılaşmaya bonuslar və futbolçunun gələcək satışından faiz maddəsinin də daxil olduğu bildirilir.

Qeyd edək ki, Santiaqo Kastro 2024-cü ildən "Bolonya"da çıxış edirdi. O, klubun heyətində keçirdiyi 105 oyunda 22 qol vurub və 11 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью