"Roma" səfər oyunlarına bu formalarla çıxacaq Şəkillər

06.08.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Roma" səfər oyunlarına bu formalarla çıxacaq - Şəkillər

İtaliyanın "Roma" klubu 2026/2027 mövsümü üçün yeni səfər formasını təqdim edib.

QOL.az xəbər verir ki, forma ağ rəngdə hazırlanıb. Onun sinə hissəsində sarı-qırmızı zolaq yerləşdirilib. Zolağın mərkəzində 1938-ci ildə təqdim olunan və 1946/1947 mövsümünədək müxtəlif variantlarda istifadə edilən retro klub emblemi yer alıb. 

Formanın arxa yaxa hissəsində isə "Roma Chiamo" yazısı həkk olunub. Bu yazı "Campo Testaccio" himninə işarə edərək komanda, onun tarixi və azarkeşləri arasındakı möhkəm bağı simvolizə edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью