"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”

08.10.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”

Braziliya millisinin sabiq futbolçusu Romario Portuqaliya yığmasının baş məşqçisi Jorje Jesusla komandanın kapitanı Kriştiano Ronaldo arasındakı münaqişə barədə danışıb.

QOL.az xəbər verir ki, Romarionun sözlərini “Al Nassr Zone” X sosial şəbəkə hesabı yayıb.

“Məncə, Jorje Jesus Kriştianoya verdiyi sözə əməl etmədi. İnsan verdiyi sözün üstündə durmursa, bu, yaxşı niyyətli davranmadığını göstərir. Əgər Ronaldo belə olduğunu deyirsə, o, tamamilə haqlıdır.

Ronaldo bildirib ki, isinmədən sonra meydana buraxılmayanda Jesus soyunub-geyinmə otağında ona üzr istəyəcəyini və mətbuat konfransında baş verənlər barədə danışacağını deyib. Lakin Jesus mətbuat konfransında bu barədə bir kəlmə də danışmayıb.

Bəlkə də Ronaldo təkəbbürlü və ya emosional davrana bilərdi. Amma Jesus Ronaldonu hamının qarşısında alçaltdı. Ronaldo özünü təhqir olunmuş hiss etdi və buna görə də getdi. Mən onun yerində olsaydım, eyni cür edərdim.

Düşünürəm ki, Ronaldonun orada yalnız bir səhvi oldu: dərhal Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”, – deyə Romario bildirib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью