Icma.az, Axar.az saytına istinadən bildirir.
"Rus Taysonu" kimi tanınan məşhur rusiyalı boksçu Denis Boytsov 40 yaşında vəfat edib.
Axar.az xəbər verir ki, bu barədə Orlov vilayətinin “Bədən tərbiyəsi və idman tədbirləri” mərkəzi məlumat yayıb.
“Boytsov 2010-cu illərin əvvəllərində ağır çəkidə ən perspektivli boksçulardan biri idi. O, təxminən on il ərzində məğlubiyyətsiz çıxış etmişdi və ukraynalı boksçu Vladimir Kliçko ilə döyüşə hazırlaşırdı. Lakin 2015-ci ildə Berlində onun başı və əlləri ağır zədələnib,boksçu metroda huşsuz vəziyyətdə aşkar edilib.
Boytsov süni komaya salınıb və bir sıra cərrahi əməliyyatlardan keçib. Bundan sonra o, əvvəlcə Almaniyada, daha sonra isə Rusiyada uzun müddət reabilitasiya dövrü keçirmişdi.
Aldığı xəsarətlərin ağırlığı səbəbindən Denis uzunmüddətli və ciddi fəsadlarla üzləşdi: o, nə yeriyə, nə də danışa bilirdi. Onun sağalma yolu uzun və çətin oldu; o, son ana qədər mübarizə apardı. Denisin cəmi 40 yaşı var idi. Denis Boytsovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - məlumatda qeyd olunub.