"Sabah" Almeydanı transfer etdi

13.06.2026

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan Axar.az-a verilən məlumata görə, braziliyalı müdafiəçi Junior Erivaldo Almeyda bundan sonra "bayquşlar"ın uğurları üçün çalışacaq.

26 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. Almeyda Portuqaliyanın "Maritimu" klubundan transfer edilib.

Mərkəz müdafiəçisi karyerası ərzində Braziliyanın "Novorizontino" (2020-2023), "Katanduva" (2021), "Votuporanguense" (2022), Portuqaliyanın "Eştrela Amadora" (2022-2023) və "Maritimu" (2024-2026) komandalarında oynayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью